“Binance” 4,3 milyard dollar cərimələndi

“Binance” 4,3 milyard dollar cərimələndi
 

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance Holdings” cərimə edilib.

Paralel.az-ın məlumatına görə, ABŞ-nin Sietl şəhərində keçirilən məhkəmədə şirkətə qarşı qaldırılan iddia təsdiq edilib.

“Binance” və onun təsisçisi çirkli pulların yuyulmasında ittiham olunub. Belə ki, birjada Həmas və digər terror qrupları ilə əməliyyatlara icazə verildiyi etiraf edilib.

Şirkət məhkəmənin qərarı ilə 4,3 milyard dollar cərimə ödəyəcək.

 

 

0.053235054016113