ABŞ Kino Aktyorları Gildiyası ilin ən yaxşılarını mükafatlandırdı

ABŞ Kino Aktyorları Gildiyası ilin ən yaxşılarını mükafatlandırdı
 

Kristofer Nolanın “Oppenheymer” (2023) bioqrafik dramı ABŞ Kino Aktyorları Gildiyasının bir neçə mükafatını qazanıb.

Filmdə baş rolu ifa edən irlandiyalı aktyor Killian Merfi “Ən yaxşı aktyor”, amerikalı aktyor Robert Dauni isə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında qalib olub.

Filmin özü ən yaxşı aktyor heyətinə görə gecənin əsas mükafatına layiq görülüb.

Əsas qadın roluna görə mükafat Martin Skorsezenin “Çiçəkli Ayın Qatilləri” (Killers of the Flower Moon, 2023) filmində oynayan aktrisa Lili Qladstouna verilib. “Dram serialında ən yaxşı aktyor heyəti” kateqoriyasında mükafatı HBO telekalının “Varislər”i (Succession, 2018-2023) alıb.
Qeyd edək ki, ABŞ Kino Aktyorları Gildiyası 1933-cü ildə yaradılıb. Qurum kino və televiziya sənətçilərinin, bu sənayenin digər işçilərinin maraqlarını təmsil edən birlikdir. Təşkilat öz mükafatını 1995-ci ildə təsis edib. O vaxtdan bəri Gildiya aktyorluq sahəsində hər il mükafatlandırma mərasimi keçirir.

 

0.016191005706787