Ermənistan nümayəndələri seçkiləri izləməkdən imtina ediblər

Ermənistan nümayəndələri seçkiləri izləməkdən imtina ediblər
 

Ermənistanın KTMT Parlament Assambleyasında (PA) nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində getməyiblər.

Paralel.az xəbər verir ki, Ermənistan istisna olmaqla KTMT-nin bütün üzvləri seçkilərdə müşahidəçi qismində təmsil olunurlar.

Ermənistanın seçkilərdə müşahidəçi qismində iştirak etmədiyinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, bu Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl “France24” telekanalına müsahibəsində ölkəsi ilə bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini, buna görə də İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.

Rəsmi Moskva isə bu bəyanatla bağlı İrəvandan izahat tələb edib.

 

0.024017810821533