Erməni ekspert Makron-Paşinyan tamaşasını İFŞA ETDİ

Erməni ekspert Makron-Paşinyan tamaşasını İFŞA ETDİ
 

Yeni teatr tamaşası ilə qarşınızdayıq. Fransa hətta Afrikada öz təsir dairəsini qoruyub saxlaya bilmir.

Paralel.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan Ermənistan və Fransa arasında hərbi əməkdaşlıq haqqında danışarkən deyib.

 

"Növbəti potensial müharibə vəziyyətində bizə limitsiz və etibarlı təchizat lazımdır. Fransa ən böyük istəklə belə bizim ehtiyaclarımızı tam ödəyə bilmir. Fransa silahları Ermənistana ancaq Gürcüstandan keçə bilər və Gürcüstanda Türkiyə-Azərbaycan təsiri kifayət qədər böyükdür. Gürcüstan istənilən an öz ərazisindən silah tranzitini sadəcə olaraq qadağan edə bilər", - o deyib.

Əlavə edib ki, Fransa bu gün hərbi-siyasi tənəzzülün ən aşağı nöqtəsindədir.

"Fransanın böyük dəstəyi, əsas məqsədi ictimaiyyətimiz arasında anti-Rusiya əhvali-ruhiyyəsini artırmaq olan ardıcıl anti-Rusiya siyasətinin digər elementidir", - ekspert bildirib.

 

0.020376920700073