Paşinyan: "Putin məni devriməyə çalışır"

Paşinyan: 
 

Putinə etimad etmədiyini etiraf etdi

Ermənistanın baş naziri Nikol Paşinyan "France 24"-ə müsahibəsində "Putinə  güvənirsinizmi?" sualına cavabında dolayı yolla güvənmədiyini etiraf edib

Paralel.az Ölkə.az-a istinadən xəbər verir ki, Paşinyan sualla bağlı bunları deyib: "Bilirsiniz, biz dövlətlərarası münasibətlər qurmuşuq və Ermənistanla Rusiya arasında münasibətlərin uzun tarixi var. Bu əlaqələrin tarixi müəyyən institusional ənənələrə malikdir. Biz bu ənənələrin içindəyik".
Hazırda Putinlə əlaqə saxlayıb saxlamamasına gəldikdə, Paşinyan deyib ki, biz sonuncu dəfə dekabrda danışmışıq.

Nikol Paşinyan onu da əlavə edib ki, Kreml onun hakimiyyətdən devirməyə çalışır:

"2023-cü ilin sentyabr hadisələri zamanı Rusiyanın yüksək vəzifəli şəxsləri birbaşa Ermənistan vətəndaşlarını küçələrə çıxmağa və seçilmiş qanuni hökuməti devirməyə çağırıblar. Rusiya telekanalları bir neçə gün deyil, faktiki olaraq artıq 6 ildir ki, Ermənistan hökumətinə, seçilmiş hakimiyyət orqanlarına və şəxsən mənə qarşı sistemli və ardıcıl, məqsədyönlü antitəbliğat aparırlar. Başqa hansı nəticəyə gəlmək olar?", - Paşinyan bildirib.

 Mürtəza
Ölkə.Az

 

0.015501022338867