“Əliyev Fransanın silahları çatana qədər Ermənistanı vuracaq” - Camalyan

“Əliyev Fransanın silahları çatana qədər Ermənistanı vuracaq” - Camalyan
 

“Əminəm ki, Fransa silahları Ermənistana çatana qədər Əliyev zərbəsini endirəcək”.

Paralel.az xəbər verir ki, bunu “Ermənistan xəbərləri”nin müxbiri ilə söhbətində hərbi ekspert David Camalyan deyib.

O qeyd edib ki, Nikol Paşinyanın KTMT ilə münasibətlərin faktiki olaraq dondurulması barədə bəyanatı Ermənistan dövlətçiliyinə qarşı sui-qəsddir.

“Bu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi imkanlarından birinin bağlanması deməkdir.

Əgər siz Azərbaycanın Ermənistanı “Qərbi Azərbaycan” hesab etdiyini bildirirsinizsə, bu bəyanatdan dərhal sonra bütün hərbi-diplomatik imkanlarınızı səfərbər etməlisiniz. Əgər deyirsən ki, müharibə qaçılmazdır, ondan dərhal sonra telefonu götürməli, Kremllə, Tehranla əlaqə saxlamalı və son vaxtlara qədər edilən çox cəlbedici təklifləri qəbul etməlisən.

Paşinyanın açıqlamaları zərbə üçün səbəb kimi qəbul ediləcək. Üzvlük sizi böyük miqdarda fasiləsiz silahla təmin edən strukturla əlaqələri kəsirsiniz”, – deyə ekspert əlavə edib.

Onun qiymətləndirməsinə görə, Paşinyanın bu bəyanatı müharibəyə müqəddimədir, onun Azərbaycana verdiyi legitim müharibə səbəbidir. 

0.016928911209106