Co Baydenin itinin evdən uzaqlaşdırılma səbəbi bəlli oldu

Co Baydenin itinin evdən uzaqlaşdırılma səbəbi bəlli oldu
 

2023-cü ilin oktyabrında aqressiyasına görə Ağ Evdən uzaqlaşdırılan ABŞ Prezidenti Co Baydenin iti Kommanderin ən azı 24 Gizli Xidmət əməkdaşını dişlədiyi üzə çıxıb. 

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Alman çoban köpək cinsi Kommandirlə bağlı sənədlər İnformasiya Azadlığı Qanunu (FOIA) çərçivəsində paylaşılıb.

Sənədlərdə itin insanların bilək, qol, dirsək, bel, sinə, ayaq və çiyin nahiyəsindən dişlədiyi bildirilib.

Kommandirin dişləmə hallarının hamısının yer almadığı sənədlərin yalnız Məxfi Xidmət əməkdaşlarını əhatə etdiyi bildirilib.

Xatırladaq ki, Kommandir Baydenə qardaşı Ceyms Bayden tərəfindən 2021-ci ilin dekabrında hədiyyə edilib.

Günay

 

0.028693914413452