Dövlət Komitəsi ananın qızını evdən qovması məsələsini araşdırır

Dövlət Komitəsi ananın qızını evdən qovması məsələsini araşdırır
 

Bakıda ananın 16 yaşlı qızını evdən qovması məsələsi araşdırılır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Məsələ ilə bağlı məlumatımız var, hazırda araşdırma aparılır", - qurumdan bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı Şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızı anasının evdən qovması və müxtəlif ünvanlarda gecələməli olduğu barədə məlumatlar yayılıb.

 

0.013981103897095