Qayda pozuntusu törədərək sosial şəbəkədə paylaşan qadın sürücü saxlanılıb

Qayda pozuntusu törədərək sosial şəbəkədə paylaşan qadın sürücü saxlanılıb
 

İdarə etdiyi "Land Rover Velar" markalı avtomobillə yol hərəkət qaydasını pozaraq sosial şəbəkə hesabında paylaşan Quluzadə Afət Əhməd qızı saxlanılıb.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

O, izahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.

0.024593830108643