Bir millət, bir təhsil sistemi - dos. İlham Əhmədov 

Bir millət, bir təhsil sistemi - dos. İlham Əhmədov 
 

Azərbaycan-Türkiyə təhsil məkanının inteqrasiyası milli təhsilimizin xilas yoludur.
Bu gün Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb.
Anlaşma Memorandumunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
Azərbaycan-Türkiyə təhsil məkanının inteqrasiyası üçün Türkiyədən heç olmasa 300-400 nəfər təhsil tədqiqatçısını və təhsil menecerini ölkəmizə müqavilə əsasında işləməyə dəvət etməliyik (ETN-də və ATM-də).
Bu gün belə bir təhsil desantına çox böyük ehtiyac var. Yerli menecerlər təhsildəki real vəziyyətə hələ də dəqiq diaqnoz qoya, mövcud problemləri sistemləşdirə bilmirlər. Verilən təklifləri də eşitmək istəmirlər.
Təhsilin inkişafı üçün düzgün elmi infrastruktur yaratmalıyıq, universitetlərin maliyyələşməsini ən azı 2 qat artırmalıyıq, təhsildəki problemlərin həlli üzrə strateji yol xəritəsi yaratmalıyıq v.s. Təəssüf ki, 30 ildə müvafiq qurum təhsil üzrə səmərəli strategiya və səriştəli komanda yarada bilmədi. Öz ümudimizə qalsaq təhsildə heç nə də dəyişməyəcək, əksinə gerilik ilbəil artacaq.
100 il əvvəl Qafqaz Türk ordusu gəlib bizi erməni-rus işğalından xalqımızı xilas etdiyi kimi, indi də türk elm-təhsil ordusu təhsilimizi gəlib davamlı tənəzzüldən xilas etsin. Çünki, professor Əziz Səncər dediyi kimi: "Təhsildəki boşluqlar digər sahələrdəki üstünlüklərlə doldurula bilməz. İlk növbədə TƏHSİL problemləri həll edilməlidir".
Bunun göstəricilərindən biri isə təhsilimizin qlobal reyrinqlərdə yüksəlməsidir.
Bu 2 ölkənin təhsil məkanlarının inteqrasiya həm də Qarabağ Universitetinin müasir tələblər səviyyəsindəı yaradılmasına da bizə ciddi dəstək olacaqdır.

Paralel.az 

0.014989137649536