Şərurlu İsfəndiyar hakim qarşısına çıxacaq
“Şərur” Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib.
Paralel.az “Ölkə.Az”a istinadən verdiyi məlumata görə, “Kodis” MMC MTK ilə bağlı iddia qaldırıb.
Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.
“Kodis” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Bayramov Tural Əbülfəz oğludur.
Qeyd edək ki, “Şərur” MTK-nın sədri tanınmış iş adamı İsfəndiyar Axundovdur (Şərurlu İsfəndiyar).
Könül
Ölkə.Az