Bu yolda sürət həddi azaldıldı

Bu yolda sürət həddi azaldıldı
 

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Qeyd edək ki, ötən gün də dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi saat 21:00-dək 20 km/saat aşağı salınmışdı.

 

 

0.020414113998413