Cavanşir Quliyevin son durumu açıqlandı - YENİLƏNİB

Cavanşir Quliyevin son durumu açıqlandı - YENİLƏNİB
 

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev əməliyyat olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sözçüsü Vəsilə Vahidqızı bildirib.

Onun sözlərinə görə, əməliyyat uğurla keçib, hər şey yolundadır.

***
“Dualara görə hər kəsə təşəkkür edirəm, babatam”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyədə müalicə olunan və bir müddət öncə ölüm xəbəri yayılan Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.

Xatırladaq ki, sənətkar fevral ayının 5-də İstanbulda yerləşən xəstəxanalardan birinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

 

0.018128156661987