Nazir rəisi təqaüdə göndərdi - FOTO

Nazir rəisi təqaüdə göndərdi - FOTO
 

İmişli Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun bununla bağlı əmr imzalayıb. 

Müvafiq əmrlə polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Şixəliyev son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

Qeyd edək ki, Füzuli Şixəliyev 2018-ci ilin avqust ayında Beyləqan rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq, İmişli rayon Polis Şöbəsinin rəisi təyin edilmişdi.

 

0.012330055236816