Ərdoğan 12 il sonra ilk dəfə bu ölkəyə səfərə edəcək

Ərdoğan 12 il sonra ilk dəfə bu ölkəyə səfərə edəcək
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə rəsmi səfər edəcək.

Səfər fevralın 14-də baş tutacaq. 

Prezident Ərdoğanın Qahirəyə səfəri zamanı keçiriləcək danışıqlarda Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı və yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin canlandırılması kontekstində atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual qlobal və regional problemlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğan Misirə səfər etməzədn öncə fevralın 13-də Dubayda keçiriləcək Dünya Hökumət Zirvəsinə fəxri qonaq kimi qatılacaq və orada çıxış edəcək.
Zirvə görüşü çərçivəsində Ərdoğan iştirakçı ölkələrdən olan həmkarları, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə ikitərəfli görüşləri gözlənilir.

Ərdoğan Dubaydan Qahirəyə uçacaq.

Mürtəza
Ölkə.Az

 

0.011362075805664