"Həddi aşıblar, bizi təhqir edirlər, işə başlanılmalıdır" - Korotçenko

 

"Ermənistanın hökumətyönlü teleqram kanallarından Rusiya Xarici İşlər Nazirliyinin məmurlarına qarşı qətiyyən yolverilməz ictimai təhqirlər fasiləsiz axın edir".

Bunu rusiyalı ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, nasist Qaregin Njdenin pərəstişkarları çoxdan ədəb-ərkan sərhədini keçiblər: "Söhbət təkcə Rusiya xarici siyasət idarəsini nüfuzdan salmaqdan yox, həm də Rusiya Federasiyasını bir dövlət kimi təhqir etməkdən gedir".

Korotçenko vurğulayıb ki, konkret erməni fiqurlarının şəxsiyyətini müəyyənləşdirən məlumatlar məlum olduğu üçün Rusiya hüquq-mühafizə orqanlarının müvafiq cinayət işlərinin başlaması zəruridir.

 

0.013626098632812