Ukraynaya kütləvi hücum: Azərbaycanlıların evləri darmadağın oldu - VİDEO

Ukraynaya kütləvi hücum: Azərbaycanlıların evləri darmadağın oldu - VİDEO
 

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Xarkov, Nikolayev və Xerson vilayətləri kütləvi hücuma məruz qalıb.

“Zaporojye, Nikolayev və Xerson vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına cəhd etdiyi bildirilir. Lakin hələlik nəticə əldə olunmayıb”, - deyə jurnalist əlavə edib. 
M.Aslanov Xarkovda ağır döyüşlərin getdiyini vurğulayıb: 

“Təkcə ötən gecə Xarkova 20-yə yaxın dron vasitəsilə hücum edilib. Çuquyev şəhəri və ətrafındakı evlərin əksəriyyəti dağıntıya məruz qalıb. Həmin evlərdən ikisi həmyerlilərimizə məxsusdur”.

 

0.057918071746826