Zelenski onunla generala Milli Qəhrəman adı verdi

Zelenski onunla generala Milli Qəhrəman adı verdi
 

Ukrayna prezidenti Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya Ukrayna Qəhrəmanı adının verilməsi və Qızıl Ulduz ordeni ilə təltif edilməsi barədə qərar qəbul edib.

Bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.

Prezidentin imzaladığı sərəncamda qeyd olunur ki, Valeri Zalujnı dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətlərinə, Ukrayna xalqı qarşısında fədakar xidmətinə görə təltif edilib.

“General Valeriy Fedoroviç Zalujnıya “Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adı verilsin”, – sərəncamda deyilir.

Xatırladaq ki, Valeri Zalujnının istefası Qərb mediasının əsas mövzusudur. Jurnalistlər riskləri dəyərləndirməyə və prezident Volodimir Zelenskinin bu qərara nəyin səbəb olduğunu öyrənməyə çalışırlar.

Bundan əlavə, Zelenski ilə Zalujnı arasında ciddi fikir ayrılığının və gərginliyin olduğu deyilirdi.

 

0.039947986602783