Müdafiə və Təhlükəsizlik Şurası: "Vurulan İL-76 təyyarəsində heç bir ukraynalı əsir olmayıb"

Müdafiə və Təhlükəsizlik Şurası:
 

Yanvarın 24-də Belqorod vilayətində qəzaya uğrayan İL-76 təyyarəsində heç bir ukraynalı əsir olmayıb.

Ukrayna KİV-inə istinadən məlumat verir ki, bu barədə ölkənin Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.

O, bu barədə yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin vurulması nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb. Təyyarədə ukraynalı hərbi əsirlərin olduğu qeyd edilib. Rusiya Prezidenti Vladimir Putin təyyarənin ABŞ-nin “Patriot” raketləri ilə vurulduğunu bildirib.

0.018267869949341