“Yelo Bank”a yeni təyinat olub

“Yelo Bank”a yeni təyinat olub
 

“Yelo Bank”ın audit komitəsinin üzvü dəyişib. 

Məlumata görə, Cəlal Hacıbəyov bankın audit komitəsinin yeni üzvü seçilib. O bu vəzifədə Vəfa Məmmədovanı əvəzləyib. 

Qeyd edək ki, “Yelo Bank”ın audit komitəsi yeni üzvlə birlikdə 3 nəfərdən ibarətdir. Audit komitəsinin sədri Tomas Enqelhard, komitənin digər üzvü isə Yusif Abdullayevdir. 

Xatırladaq ki, "Yelo Bank"ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.

©Valyuta

 

0.014240980148315