Naxçıvanın bu nazirliyində yoxlama aparılacaq

Naxçıvanın bu nazirliyində yoxlama aparılacaq
 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqroservis” ASC-də yoxlama aparılacaq.

Cəmiyyətin 2022 və 2023-cü il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatları yoxlanılacaq, aparılmış maliyyə-təsərrüfat əməliyyatların qanunvericiliyə uyğunluğu təhlil ediləcək və konsultasiyalar veriləcək.

Yoxlama “SR Audit Solutions” MMC tərəfindən aparılacaq və xidmət üçün 33 min manat ödəniş ediləcək.

 

 

0.016309022903442