“Təhsil Ekspertləri Mərkəzi” yaradıldı

“Təhsil Ekspertləri Mərkəzi” yaradıldı
 

Azərbaycanda yeni ictimai qurum yaradılıb. 

"Paralel.az" xəbər verir ki, "Təhsil Ekspertləri Mərkəzi" adlanan qurumun təsisçiləri bildiriblər ki, məqsəd təhsillə bağlı yaranan problemlərin meydana çıxma səbəblərini araşdırmaq, onların aradan qaldırılması ilə bağlı təhlillər, təhqiqatlar aparmaq, həmin problemlərin həlli ilə bağlı təkliflərlə çıxış etməkdir.

Təşkilatda təhsil ekspertləri İlham Əhmədov, Məzahir Məmmədli, Sona Aliyeva , Kamran Əsədov, Elşən Qafarov, Vüsal Kərimli, Elçin Əfəndiyev, Elmin Nuri, Adil Vəliyev təmsil olunurlar.

"Təhsil Ekspertləri Mərkəzi" təhsilverənləri, valideyinləri, təhsilalanları, ziyalıları, təhsil sahəsindəki QHT-ləri, təhsil idarəetmə orqanlarını, təhsil sahəsində araşdırmaçı mütəxəsisləri və KİV nümayəndələrini əməkdaşlığa dəvət edib.

“Mərkəz həm paytaxtda, həm bölgələrdə təhsil prosesini və problemlərini yaxından izləyəcək, təhsilin inkişafı üçün təkliflərini hazırlayıb təqdim edəcək.

Həmçinin Mərkəz tərəfindən mütəmadi olaraq təhsil prosesinin iştirakçıları üçün təlimlər və dəyirmi masalar, müzakirə klubları təşkil olunacaq.

Əsas məqsəd təhsilin tərəflərini maraqlandıran məsələlərə yaxından dəstək verməkdir”, - deyə təsisçilər bəyan ediblər.

0.019389867782593