Yanvar ayıda Bakı Kliniki Tibbi Mərkəzdə yeddi nəfər zəhərlənmədən ölüb
2024-cü ilin yanvar ayında Bakı Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 664 şikayət daxil olub.
93 nəfər toksikologiya şöbəsinə qəbul edilib. Onlardan 16-ı dəm qazı, 6-ı botulizm, 40-ı dərman, 5- i etanol, 23-ü sirkə turşusundan zəhərlənib.
Daha yeddi nəfər allergik reaksiyalar nəticəsində xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, 6 kişi və 1 qadın daxil olmaqla, yeddi nəfəri xilas etmək mümkün olmayıb.