ABŞ və Britaniya Yəməndəki husi hədəflərinə növbəti zərbələr endirib
"Report"un məlumatına görə, bu barədə husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumata görə, Hudeydə və Səada əyalətləri hücuma məruz qalıb. Azı 11 zərbə Hudeydə əyalətinin Ras İsa limanı və Əz-Zeydiyyə şəhərinə, daha 4-ü isə Səada əyalətinin inzibati mərkəzinə endirilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ və Böyük Britaniya silahlı qüvvələri Hudeydə əyalətində Yəmənin husilərin mövqelərinə silsilə hücumlar həyata keçirib.