“Şərur” MTK ilə bağlı şikayət - İcra Hakimiyyəti münasibət bildirdi

“Şərur” MTK ilə bağlı şikayət - İcra Hakimiyyəti münasibət bildirdi
 

Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsində yollar dağıdılıb.

Paralel.az-ın məlumatına görə, sakinlər “Şərur” MTK-ya məxsus yaşayış binasının tikintisi zamanı yolların dağıdıldığını iddia edir. 

Bildirilir ki, yaşayış binasının tikintisi zamanı ağırtonnajlı maşınlar yolu bərbad hala salıb. Hətta “Cip” kimi tanınan avtomobillərin də bu yerdən çətinliklə keçirdiyi deyilir. 

Binanın yanındakı həyət evlərində yaşayan sakinlərin şikayət etdikləri, lakin problemin həll edilmədiyi bildirilir.

Yasamal Rayon İcra Hakimiyyətindən isə deyildi ki, qaldırılan məsələ tikinti şirkətinin, həmçinin rayon bələdiyyəsi, MKTB və digər müvafiq qurumların nəzərinə çatdırılıb və tezliklə tədbir görüləcəyinə ümid edirlər.

 

 

 

0.011548042297363