Kim Çen In KXDR donanmasını müharibəyə hazırlaşmağa çağırıb

Kim Çen In KXDR donanmasını müharibəyə hazırlaşmağa çağırıb
 

Şimali Koreya lideri Kim Çen In ölkənin dəniz qüvvələrini müharibəyə hazır olmağa və ölkənin dəniz suverenliyini müdafiə etməyə çağırıb.

“Kim Çen In hərbi gəmiqayırma zavoduna səfəri zamanı müharibə hazırlığını gücləndirmək və dəniz suverenliyini qorumaq üçün ölkənin donanmasını gücləndirməyə çağırıb”, - deyə bildirilir.

Fevralın 2-də səhər saatlarında Şimali Koreya qərb sahilindən qanadlı raketlər buraxıb. Hərbçilərin məlumatına görə, Şimali Koreya raketləri təxminən saat 11:00-da (Bakı vaxtı ilə 06:00) buraxıb. Nə qədər mərmi atıldığı açıqlanmayıb.

 

0.011528015136719