Videosu yayılaraq öldüyü deyilən məktəbli qız sağ imiş - VİDEO

Videosu yayılaraq öldüyü deyilən məktəbli qız sağ imiş - VİDEO
 

Xəbər verdiyimiz kimi, Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi Əmirli Nuray Üzeyir qızı xəstəlikdən vəfat edib. 

İqtisadiyyat.az xəbər verir ki, sosial şəbəkələrdə mərhum məktəblidən bəhs olunduğu iddia edilən videogörüntülər yayılıb. 

Amma sonradan məlum olub ki, görüntülərdəki Nuray mərhum şagirdlə eyni ad və soyadda olan başqa şəxsdir. 

Liseydən bildirilib ki, foto və videoları paylaşılan şagirdin vəfat edən Nurayla eyni ad soyadı daşıması çaşqınlığa səbəb olub. 

Videogörüntülərdəki Nurayın səhhətində problemlərin olduğu və hazırda müalicələrinin davam etdirildiyi bildirilir. 

Vəfat edən şagirdə Allahdan rəhmət, xəstəlikdən əziyyət çəkən və müalicəsi davam edən Nuraya isə şəfa diləyirik.

Qeyd edək ki, bu gün dünyasını dəyişən Əmirli Nuray Üzeyir qızı Cəlilabad rayonunun Hacıcavad kəndində dəfn olunub.

Leykozdan əziyyət çəkən Əmirli Nuray Zəka qızının isə hazırda müalicələri davam etdirilir və səhhətində irəliləyişlər müşahidə olunur. Bir müddət əvvəl onun əməliyyat olunması üçün lazım olan vəsaitin toplanması ilə bağlı kampaniyaya başladılmışdı.

 

0.049628019332886