Jalilov” xəstəxanada deyil – Yenə video çəkir

“Jalilov” xəstəxanada deyil – Yenə video çəkir
 

Bir neçə gündür "tiktok"çu Əli-Afiyəddin (Jalilov) adlı yeniyetmənin başına gələnlər müzakirə olunur. Qeyri-adekvat videolar çəkən "Jalilov" haqqında DİN açıqlama yayaraq bildirib ki, yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq onun xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Yenisabah.az xəbər verir ki, "Jalilov"un hazırda xəstəxanada olmadığı iddia edilib.

Bu barədə aktyor Əlixan Rəcəbov sosial şəbəkədə məlumat verib:

"40 dəqiqə əvvəl teleqram kanalında təzə video paylaşıb. Uşaqlar bizim gələcəyimizdir, amma bəziləri gəlməsə də olar".

 

0.025741815567017