Rektor Elçin Babayevin BDU-nu BARDAĞA çevirməsinin arxasında kim dayanır? - RƏY
Bu günlərdə ölkənin ən qocaman və nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universiteti haqda iki xəbər yayıldı:
Birinci informasiyada deyilirdi ki, 2024-cü il üçün BDU-nun tədris və inzibati binalarının, eləcə də ərazilərin mühafizəsi üçün “Gesco” ASC-yə 717 min 274 manat ayrılıb.
İkinci məlumatda isə bildirilirdi ki, universitetdə yeni tikiləcək qazanxana üçün “A.E.S – Trading” MMC -yə 2 milyon 498 min manat pul ödəniləcək.
Çox qəribədir ki, mühafizə üçün ötən illə müqayisədə eyni şirkətə 200 min manat artıq ödənilib. Habelə, qazanxana tenderinin maliyyə pozuntusuna görə məhkəmə tərəfindən cərimələnən həmin şirkətə yeni vəsait verilməsi kifayət qədər ciddi suallar yaradır.
Necə ki, yeni təmirdən çıxmış I korpusda və ötən il istiliyi üçün 78 min manat pul xərclənmiş II korpusda qış aylarında istiliyin olmaması da suallar doğurur: bu iş maliyyə maxinasiyasıdır, yoxsa korrupsiyadır?
Heç şübhəsiz ki, bu faktlar və detallar, sual doğuran məqamlar olmaqla yanaşı, həm də BDU rektoru Elçin Babayevin çirkli fəaliyyətini göz önünə gətirir. 2019-cu ilin martında nisbətən gənc, müasir düşüncəli və xarizmatik təəssürat yaradan Elçin Babayevin Bakı Dövlət Universitetinə rektor təyin edilməsi çoxlarını sevindirmiş və böyük ümidlər yaratmışdı.
Bəs, ötən 5 il ərzində gənc rektor nə ilə, universitetə gətirdiyi hansı yeniliklərlə yadda qaldı? Bu barədə axtarış aparan cumhuriyyet.az bildirir ki, Elçin Babayev universitetin yeməkxanasını Bakının ən bahalı məkanlarından biri olan “Demirchi Tower”dəki “Gate 25” restoranının sahibi Eldar Daşdıyevə icarəyə verib.
BDU-da ümumi şöbənin müdiri vəzifəsində çalışan Ləman Hüseynbəyli ilə bərabər tez-tez getdikləri həmin restoranın sahibi də universitetdə şəxsi hesabından etdiyi təmir işlərinin pulunu dolayısı ilə universitetdə təhsil alan tələbələrdən çıxarır.
Rektor Elçin Babayev BDU-nu sözün əsil mənasında BARDAĞA çevirib, elm əvəzinə helmlə məşğuldur. BDU-nun fəaliyyətinə nəzarət edən yuxarı orqanlar rektoru bu cür hərəkətlərinə göz yummaqla şəxsi maraqlarını ödəməklə məşğuldur. Elm və Təhsil naziri Elçin Babayevin BDU-da yaratdığı rəzalət barədə məlumatlı olsa da, rektor barədə tədbir görmək üçün özündə cəsarət tapa bilmir...