Sənay Qəhrəmanlıya görə təqsirləndirilən şəxslə bağlı QƏRAR

Sənay Qəhrəmanlıya görə təqsirləndirilən şəxslə bağlı QƏRAR
 

Ali Məhkəmədə siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlını zorlamaqda təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, kassasiya şikayəti geri götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5  il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkməsi şikayəti təmin etməyib.

Qeyd: 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib. Cinayət işinin istintaqı zamanı şahid dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin edilməklə rəylərinin əldə olunması təmin edilib. Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən olunub. Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan edilməklə istintaq orqanının təqdimatı əsasında sonuncunun barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 2021-ci il dekabrın 30-da Əsgər Ağazadənin təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

0.01482105255127