Universitetlərdə təhsil haqlarının ilbəil artımının səbəbi nədir? - Açıqlama

Universitetlərdə təhsil haqlarının ilbəil artımının səbəbi nədir? - Açıqlama
 

Azərbaycanın əksər dövlət və özəl universitetlərində təhsil haqları ilbəil artırılır. Elə fakültələr var ki, orada təhsil haqqı bir neçə il öncəyə nisbətdə 30-40, hətta 50 faiz artım müşahidə olunur. Digər tərəfdən isə ölkədə maaş və təqaüdlərin artım dinamikası univeristet ödənişlərinin illik bahalaşması ilə təəssüf ki, eyni deyil. Bəs universitetləri təhsil haqlarını bu qədər artırmağa nə vadar edir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil üzrə ekspert və sosioloq Elçin Bayramlı illik təhsil haqlarının artımının inflyasiya ilə bağlı olduğunu deyib.

“Təhsil haqlarının ilbəil artımı birbaşa inflyasiya ilə bağlıdır. Universitetlərin etdiyi satınalmalar, kommunal ödənişlər və digər xərclər ilbəil artdığı üçün bunu digər vasitələrlə kompensasiya edirlər. Problem orasındadır ki, paralel olaraq əhalinin gəliri də inflyasiyaya uyğun olaraq artmalıdır. Yox əgər bu mümkün deyilsə, onda hökumət infiliyasiyanı dayandırmalıdır”.

Ekspert qeyd edib ki, bu il də ölkədə infiliyasiya olduqca yüksəkdir və bir çox sahələrdə olduğu kimi universitetlərdə də illik ödənişlər artmaqda davam edəcək.

“Universitet ölkədəki qiymət artımı, infiliyasiya və digər səbəblərdən öz xərclərini tənzimləməyə məcburdur. Məsələn, 10 manatlıq mal 15 manat olubsa, artıq təbii formada xərclər artır. Bu təkcə universitetlərdə deyil bütün satınalma müəssisələrində bu qaydada olur. Burada həll yolu əhalinin maaşları, pensiyaları və digər gəlirləri inflyasiyaya uyğun indeksasiya olunmalıdır. Bu il Azərbaycanda faktiki inflyasiya 15-20 faiz civarındadır. Bu o deməkdir ki, əksər sahələrdə xidmətlərin qiyməti qalxacaq”.

 

0.020550012588501