Söhbəti cinayətə çevrdi və hakim qarşısına çıxdı - QƏRAR

Söhbəti cinayətə çevrdi və hakim qarşısına çıxdı - QƏRAR
 

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən S. Piriyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. 

İttihama görə, 2 iyul 2022-ci il tarixdə Səfər Məmmədovun (şərti) özünə məxsus ev quşlarını S.Piriyevin Ağcabədi rayonunun Muğanlı kəndinin yaxınlığındakı əkin sahəsinə salaraq ora ziyan vurub. Buna görə onların arasında mübahisə yarıb. Səfərin yeznəsi, zərərçəkmiş T. Sərhadov 4 iyul 2022-ci il tarixdə S.Piriyevlə həmin məsələ ilə bağlı söhbət etmək üçün onu sözügedən kənddəki “eşşək keçməz” deyilən ərazidə boş torpaq sahəsinə çağırıb. Söhbət zamanı zərərçəkmiş təqsirləndirilən şəxsə yumruq zərbəsi endirməklə onu yerə yıxıb. Sonra S. Piriyev özünə məxsus avtomobildə daşıdığı cib bıçağı ilə T. Sərhadova iki dəfə zərbə vuraraq ona xəsarət yetirib.

Hadisədən sonra S. Piriyev cinayət məsuliyyətinə cəlb edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyərək qüvvədə saxlayıb. Daha sonra S.Piriyev kassasiya şikayəti verib.

©Pravda.az

 

0.014241933822632