Azərbaycan ötən il yarım milyard dollardan çox əczaçılıq məhsulları alıb

Azərbaycan ötən il yarım milyard dollardan çox əczaçılıq məhsulları alıb
 

Ötən il Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 560,8 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə 92 milyon dollar azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,24%-ni təşkil edib.
Əlavə edək ki, 2022-ci ildə Azərbaycan 652,9 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

 

0.016027927398682