Arda Gülərin hərəkəti "səbri tükəndi" kimi yozuldu - VİDEO

Arda Gülərin hərəkəti
 

Real Madridin "Almeriya"nı 3:2 məğlub etdiyi matçda Arda Gülərin hərəkəti diqqət çəkib.

Paralel.az “Haberler.com”a istinadla xəbər verir ki, o, isinmə hərəkətlərinə yollansa da, oyuna daxil edilməyib.

Gənc ulduz ehtiyat oyunçular skamyasına tərəf gedərkən jiletini çıxararaq yerə atıb. 

Onun qarşılaşmaya ilk 11-də başlayacağı gözlənildiyindən futbolçunun bu hərəkəti "səbri tükəndi" və Ançelotiyə qəzəbinin ifadəsi kimi yozulub.

Günay  

 

0.20161390304565