Israil və yəhudilər haqqında düşüncələrim...- Səxavət Əlisoy yazır

Israil və yəhudilər haqqında düşüncələrim...- Səxavət Əlisoy yazır
 

Azərbaycanın texniki markası Neft və Qaz!

Azərbaycanlıların mənəvi markası nədir?

Texniki və mənəvi markanın vəhdəti güclü bir dövlət yarada biləcəkmi?

Bu prosesdə toplumun ən nümunəvi kəsiminin geniş imkanlarından Azərbaycanın yararlanmasına kimlər mane ola bilər?

Azərbaycan ərazisinin 70 faizində neft və qaz yataqları var. Yazıya ona görə bu faktla başladım ki, biriləri yaxın zamanlarda Azərbaycanda neft və qazın tükənəcəyini vurğulayır.
Fitch Ratings agentliyi belə Azərbaycanın neft ehtiyatlarının 2028-ci ildə bitəcəyini iddia edir.
Absurd bir iddia. Nə qədər ki, dünya düzəni dəyişməyib və nə qədər ki, Xəzər dənizi var, Azərbaycan var NEFT və QAZ onun texniki markası olacaq qalacaq.
Bir az tarixə nəzər salmaqda fayda var. Tarixdən günümüzə çatan məlumatlara diqqət edək. Eramızın hələ I əsrində Abşeronda, konkret olaraq Suraxanı və Balaxanıda neftin olması barədə məlumatlar mövcuddur.
13-cü əsr coğrafiyaşünası İbn Bekran yazırdı ki, Bakıda neft müalicə məqsədi ilə işləndiyindən təmizlənirdi. Kəskin qoxudan təmizlənən neft müxtəlif xəstəliklərin müalicəsi üçün yararlı idi.
1264-cü ildə Bakıdan İrana –Persiyaya gedən İtalyan səyyah Marko Polo yazırdı ki, Xəzər dənizinin sahillərində bəlkə də 100 yük gəmisini dolduracaq neft depolanmışdı. İnsanlar neftdən həm dəri xəstəliklərinin müalicəsində, həm də evlərin işıqlanması üçün istifadə edirdilər.
Azərbaycanda neft sənayesinin tarixi barədə dünyanın onlarla məşhur aliminin, tarixçisinin və səyyahıının adını çəkmək mümkündür. Fəqət yazıda məqsəd tarixi araşdırmaq deyil, neftin və qazın Azərbaycan dövlətinin texniki markası olduğunu önə çəkməkdir.
Çağdaş dünyada dövlətlərin texniki, xalqların isə mənəvi markaya sahib olduğunu sadəcə, iki nümunə göstərməklə açıqlayıram. Almaniyanın texniki markası çoxdur. Ancaq avtomobil ən birinci yerdə. Almanların mənəvi markası dürüstlük, dəqiqlik və keyfiyyət.
Böyük Britaniyanın da texniki markası çoxdur. Ancaq donanma və hərbi texnika birinci yazılan marka. İngilisin mənəvi markası Gücdən doğan qürur...
Azərbaycanın texniki markası şübhəsiz ki, neft və qaz. Bəs, azərbaycanlıların mənəvi markası nə hesab oluna bilər.
Təbii ki, hər kəsin ağlına ilk növbədə qonaqpərvər olmağımız gələcək. Gerçəkdən dünyanın heç bir xalqı bizim qədər qonaqpərvər deyil. Fəqət ondan da dəyərli bizim xalqın qanına hopmuş Tolerantlıq var.
Tolerantlığın Azərbaycan xalqının ən birinci mənəvi markası olduğunu bütün dünya təsdiqlər.
Bir az özümüzə nəzər salaq. Azərbaycanda Talışlar, Ləzgilər, Kürdlər, Ruslar, Yəhudilər və digər xalqlar yaşayır. Onlar bizim dövlətin tam hüquqlu vətəndaşları.
Təkrar yazmaqda fayda var. Biz azərbaycanlılar ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinə qarşı ürəyimizdə heç bir vaxt heç bir kin saxlamadıq. Burada yaşayan bütün xalqların nümayəndələrini bu dövlətin vətəndaşı olaraq, özümüzdən biri saydıq. Aramızda heç vaxt milli zəmində kiçicik bir münaqişə belə olmadı. Hər bir azərbaycanlı bu fikrin əleyhinə bir söz deməz. Vətəndaşımız olan o xalqların təmsilçiləri də bunu təsdiq edər. Ki, Azərbaycanda olan tolerantlığın dünyada analoqu yoxdur.
Vətən müharibəsində azərbaycanlılarla yanaşı talışların, kürdlərin, ləzgilərin, rusların, yəhudilərin və digər xalqların oğullarının düşmənə qarşı necə vuruşduğunun şahidi olmadıqmı?
Azərbaycan tarixən müxtəlif millətlərin və fərqli dinlərin daşıyıcılarının dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın hökm sürdüyü bir ölkədir.
Bu yazıda Azərbaycanda yaşayan yəhudilərin barəsində fikirlərimi bildirəcəm.
Yəhudilər bizim torpaqlarda iki min ildir ki, yaşayır.
Azərbaycanda üç yəhudi icması — dağ yəhudiləri, əşkinazi yəhudiləri və Gürcüstan yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcüstan yəhudiləri təxminən 700 nəfərdir. 1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı ildə Belostokda, habelə Rusiya imperiyasının digər məntəqələrində baş vermiş yəhudi qırğınları nəticəsində bir çox əşkinazi Azərbaycana pənah gətirmiş, əsasən, Bakıda məskunlaşmışdır. Qırğınlardan xilas olmaq üçün ölkəmizə üz tutmuş əşkinazilər burada özlərinə ikinci vətən tapmışlar.
Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Bu qəsəbəni dünya yəhudiləri Qafqazın Qüdsü və kiçik İsrail adlandırır.
Tam əminliklə demək mümkündür ki, İsraildən sonra yəhudilərin qorxmadan, çəkinmədən, heç bir müsəlman və xristian basqısına məruz qalmadan yaşadığı ölkə Azərbaycandır.
Bu sözlər 1997 və 2016-cı ildə Bakıya səfər etmiş İsrailin baş naziri Benjamin Netanyahuya məxsusdur.
Gerçəkdən, tarixin bütün kəsimlərində iki xalq arasında münasibətlər qardaşlıq səviyyəsində olmuşdur.
Qafqazda Avropa yəhudilərinin (Aşkenazilərin) məskunlaşması isə Rusiya İmperiyasının Qafqazı işğal etməsilə eyni dövrə təsadüf edir. 1830-cu ildə Avropa yəhudilərinin Bakıda ilk ibadətgahı olan sinaqoq inşa edilmişdir. Bakıda neft sənayesi inkişaf etməyə başladığı 1870-ci illərdə Azərbaycanda, xüsusilə Bakıda yəhudilərin sayı artmağa başlamış, burada bir çox yəhudi şirkətləri təsis edilmişdir. Məsələn, bu dövrdə Bakıda A.Dembo və H.Kogan tərəfindən təsis olunan Dembo və Kogan Şirkəti, Polak Grigori və oğlu Saveli (Shevah) tərəfindən təsis olunan Polak və Sons Şirkəti, həmçinin baron H. Guenzburg, A.M. Feigel, Bikhowsky, Leites, Ickowich kimi yəhudi iş adamlarının fəaliyyəti göstərilə bilər. Azərbaycandakı 19-cu əsrin sonlarında təsis edilən ən böyük şirkətlərdən biri yəhudi əsilli Fransız vətəndaşları olan Rotschild qardaşlarına aid Xəzər-Qara Dəniz Şirkəti idi. Rotschildlərin ayırdığı 10 milyon dollar maliyyə ilə 1883-cü ildə Bakı-Batum dəmir yolu xətti inşa olunmuş və Bakı neftinin daşınmasında bu xətt uzun müddət əsas rol oynamışdır (Osbrink, 2014, s. 53).
1913-1914-cü illərdə Bakının neft sənayesində yəhudilərin payı 44% olaraq dəyərləndirilə bilər. 1897-ci il əhali siyahıyaalmasına görə Bakıda 2341 (ümumi olaraq Azərbaycanda isə 8430) yəhudi yaşayırdı. 1917-ci il inqilabından sonra Azərbaycanda yəhudilərin sayı daha da artmağa başlamışdı. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində yəhudiləri təmsil edən deputat Moisey Gukhman idi. Onunla yanaşı yəhudi əsilli K. Lisgar Ərzaq naziri, R. Kaplan Dini işlər üzrə nazir, Y. Gindes Səhiyyə naziri və M. Abesgauz isə Xəzinə nazirinin müavini olaraq hökumətdə təmsil olunurdular.
Bu günədək Azərbaycanı tərk etmiş bir yəhudinin belə dövlətimiz və xalqımız barədə narazılıq etdiyini duymadım.
Azərbaycanda yaşayan yəhudilər Azərbaycanın ən nümunəvi vətəndaşları hesab etmək olar.
Bu fikirlə yəqin ki, həm bizim xalq, həm də, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri razıaşar. Vətəndaşlarımız olan yəhudilərin qətl törətməsi, oğurluq etməsi, narkotika alveri ilə məşğul olması, dava-dalaş salması... barədə kimsə bir şey duydumu?
Belə şeylər ümumiyyətlə, yəhudi gələnəyində yoxdur.
Min illərlə ən qorxunc işgəncələrə, soyqırımlara, təqiblərə məruz qalmış bir xalq olaraq yəhudilər bu gün ağılları sayəsində dünyanı idarə edən 3-4 millətdən biri. Daha doğrusu birincisi.
Dünyanın 110 ölkəsində yəhudi icması fəaliyyət göstərir. Və ən güclü yəhudi lobisi ABŞ-da qurulub. Ki, bunun da çox böyük strateji önəmi var. ABŞ çapında qüdrətli bir dövlət yəhudi lobbisi ilə hesablaşmaq zorundadır. ABŞ senatı və konqresi qəbul etdiyi bəzi mühüm qərarlarda Yəhudi lobbisi ilə hesablaşır.
Səbəb?
Cavablara diqqət edin:
1. 1901-2023cü illərdə Nobel mükafatı almış 965 elm adamının 214-ü -22 faizi yəhudilərdir.
2. ABŞ-da yaşayan milyarderlərin təxminən yarısı yəhudilərdir
3. Dünya bank sisteminin qurucularının və yönəticilərinin böyük əksəriyyəti yəhudilərdir.
4. Dünyanın ən mükəmməl silahlarının istehsalçısı və ya layihə müəllifləri yəhudilərdir...
Nədən xatırlatdım bunu?
Azərbaycan texniki markası olan neft və qazı dünya bazarına çıxarır. Alıcısı kimlərdir? Təbii ki, ilk sırada imperialist güclər.
Nə qədər ki, Azərbaycanda neft və qaz var, o imperialist güclər.
Daha hansı dövlət bizim neft və qazı almağa haqq edir? Təbii ki, İsrail. Nəyə görə?
Azərbaycan-İsrail münasibətləri son 15 ildə yüksələn xəttlə inkişaf etməkdə. Hərbi əməkdaşlıq ən üst səviyyədə. Müasir hərbi texnikanı İsrail Azərbaycana satmaqla ordumuzun gücü nə qədər artdı? Bunu Vətən müharibəsində gördük.
Bunun müqabilində neftimiz İsrailə getməlidir. Gedir də. Bu gün İsrailin neftə olan tələbatının təxminən 30-40 faizini Azərbaycan təmin edir. Və bunun nə qədər ağır bir proses olduğunun fərqində olmaq lazım.
Ortada müsəlman dövlətləri var, İran var, bizim əhalimizin böyük əksəriyyətinin şiə olması var.
Eyni zamanda İsrail-İran münasibətlərinin hansı səviyyədə olması da hər kəsə bəlli.
İran-Ermənistan münasibətlərinin də çox isti olması da göz önündə. İsrail məhz İranla olan qardaşlığına görə Ermənistanla hərbi əməkdaşlığını sıfıra salıb Azərbaycanın yanında dayandı.
Azərbaycan bir dünyəvi dövlət. Hər hansı bir dini təriqətin dövlət siyasətinə müdaxilə etməsi də imkansız. Açıq yazıram. Qardaş Türkiyədən fərqli olaraq, Azərbaycanda dini təriqətlər güc hesab oluna bilməz. Sabah Azərbaycan-İsrail münasibətlərinə dair bir referendum keçirilsə belə xalqın çox böyük əksəriyyəti bu münasibətlərin qurulmasının lehinə səs verəcək.
Bakı-Təl Əvivlə münasibətləri mükəmməl bir şəkildə inkişaf etdirir. Bu dövlət olaraq Azərbaycan üçün çox önəmlidir.
Texniki markamız olan Neft və Qazın Azərbaycan dövlətini daha güclü olmasına xidmət etməsi üçün bizim dünyada söz sahibi olan İsrail kimi bir dövlətlə çox yaxın dost olmağımız çox vacibdir.
Bizi məlum imperialist güclərin basqısından ABŞ və Avropadakı yəhudi lobbisi qorumaq iqtidarındadır.
Bəlli ki, İran hər vəchlə İsraillə olan münasibətlərin pozulması üçün əlindən gələni edəcək. Yüz oyuna əl atacaq. Şiəliyi qabardacaq, yəhudilərin düşmən olduğunu tirajlyacaq. Daha nə edə bilər İran?
Bu bir ayrı araşdırma mövzusudur. Qısa qeyd etməyə dəyər ki, artıq Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycanın dünya gücləri ilə iqtisadi partnyorluğu var, qüdrətli bir ordusu var və bunu Tehranda da çox gözəl bilirlər. Ən əsası isə Azərbaycan vətəndaşlarının, Azərbaycan şiələrinin reallığı bilməsidir. Vətən müharibəsi zamanı İranın Ermənistana dəstək verdiyini bilməyən bir şiə varmı?
İsraillə olan münasibətlər təbii ki, İranı və Ermənistanı qıcıqlandıracaq. Azərbaycanın xarici siyasət maşınının bu əngəlləri aşaraq yoluna davam edəcəyi şəksizdir.
Yeraltı sərvətlərə malik istənilən bir dövlətin arxasında mütləq dünya güclərindən biri dayanmalıdır. Bu bir yazılmamış qanundur. Movcud siyasi düzən bunu zəruri edir. İsrail ərazisinə görə kiçik görünə bilər. Lakin yəhudilərin intellekti, elmi-iqtisadi-hərbi potensialı hər kəsə bəllidir.
“Təşəbbüs” Vətəndaş Platforması. Səxavət Əlisoy

0.017782926559448