İranda hərbçi 5 əsgər yoldaşını güllələyib

İranda hərbçi 5 əsgər yoldaşını güllələyib
 

İranın cənub-şərqindəki Kirman əyalətində hərbi kazarmada çağırışçı əsgər beş əsgər yoldaşını öldürüb.

Paralel.az İRNA-ya istinadən  xəbər verir ki, İran Ordusunun Cənub-Şərqi Regional Qərargahının komandanı briqada generalı Əmir Qulamalyanın sözlərinə görə, çağırışçı hərbi mövqedə dincələn əsgərlərə atəş açıb və sonra hadisə yerindən qaçıb.

“Yanvarın 21-də günorta saat 16:35-də qarovulda olan əsgərlərdən biri kazarmaya daxil olaraq həmkarlarına atəş açıb və nəticədə beş hərbçi həlak olub”, - general qeyd edib.

Qolamalyan atışmanın motivinin müəyyən edilməsi üçün araşdırmalara başlandığını bildirib.

O eyni zamanda əlavə edib ki,  beş əsgər yoldaşını öldürüb qaçan hərbçi artıq saxlanılıb: "Bu adam Zerend şəhəri yaxınlığında tutulub".

 

0.013906955718994