AMEA-nın Tarix İnstitunun ditektoru Kərim Şükürov "Təzadlar" qəzetindən niyə prokurorluğa şikayətlənir? - Qalmaqal
Qalmaqal barədə "Təzadlar" qəzetində gedən yazını oxuculara təqdim edirik:
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun əməkdaşı Günel Aslanlı "Təzadlar"a rəsmi ərizə ilə müraciət edərək çalışdığı "Heydər Əliyevşünaslıq" şöbəsində ona və bu şöbəyə qarşı baş direktor Kərim Şükürovun aşağılayıcı və s. kimi hərəkətlərindən bəhs etmiş, sonra geniş müsahibə vermişdi...
Redaksiya "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq ilkin qısa məzmunlu şikayəti Kərim Şükürova göndərmiş, baş verənlərə aydınlıq gətirilməsi, lazım gələrsə, mövqeyini bildirməsini xahiş etmişdi... Vaxtilə İsgəndər Həmidovun, eləcə də Əli Kərimlinin, digər qatı müxaliflərin silahdaşı olan Kərim Şükürovdan xanım işçisi ilə bağlı yaranmış qalmaqala daha barışdırıcı mövqe gözləyirdik. Amma və lakin... Deməli, hələ də başında piket, yürüş və meydan ab - havası qalıb...
XXX
...Amma Kərim Şükürov əksinə, tarixçi alimə yaraşmayan addımlar atmağa başladı, redaksiya əməkdaşlarına təhdid dolu mövqeyini göndərdi. "Təzadlar"ın rəhbərliyi təmkinlə davranaraq onun səviyyəsiz, qadın işçisinə qarşı yaraşmaz cavabını ədəb- ərxan səviyyəsinə çatdıraraq yayımladı... Hansı ki, özünü demokratik fikirli adam kimi ətrafına sırıyan Kərim Şükürov onun institutda pərdəarxası əməl və hərəkətləri barədə öz ən yaxln ətraflndan yazılan məktubları isə bir kənara qoyduq, lənət şeytana dedik! Halbuki cənab Şükürov bizi həmin müraciət və faktları ictimailəşdirməyə təhrik edir.
Xanım işçisinin kişiyana etirazlı müsahibəsini həzm edə bilməyən və ən adi tənqidlərə dözməyən Kərim Şükürov digər qadın işçilərini ortaya saldı, redaksiyaya zəng etdirdi... Günel Aslanlını onların dili ilə təhqir etdirdi, özünü təriflətdi, amma biz bunun üstünü vurmadıq, Günel Aslanlıya açıqlamadıq...
Yenə də təmkinlə davrandıq. Günel Aslanlı kimi çəlimsiz ( fiziki baxımdan) gənc alimə qarşı özünü əjdaha kimi irəli verən Kərim Şükürov unudub ki, Prezident yanında AAK- a gedərək paxıllıq hissi ilə onun fəlsəfə üzrə doktorluq diplomunun ləğvini xahiş etmişdir. Ona "Axı həmin elmi işə sən yüksək rəy yazmısan" - deyilsə də, o, "Buna görə mənə töhmət verin, amma o qızın Heydər Əliyevin fəaliyyəti ilə bağlı doktorluq diplomunu rədd edin",- deyir direktor və suyu süzülmüş geri dönür...
Nəhayət, indi qadın alimdən nə səbəbə görəsə qisas almaq istəyən Kərim Şükürov iki professoru məcbur edərək Günel Aslanlının müsahibəsinə sərt cavab yazmağa məcbur etsə də, professorlar məcburən redaksiyaya ayrı- ayrılıqda təmkinli cavab yazıb göndərmişlər. Redaksiya bu cavabları da yayımladı.
Amma və lakin... Kərim Şükürov yenə də sakitləşmir... O, bu dəfə həddini aşaraq jurnalistləri təhqir etməkdən belə çəkinmədi. Onun redaksiyaya bu gün göndərdiyi həmin təhdid və təhqir dolu məktubunu olduğu kimi təqdim edirik. Qoy əvvəlcə onun bu səviyyəsiz növbəti cavab məktubunu indi ona baş direktorluq kreslosunu ərməğan etmiş bu hakimiyyəti vaxtilə biabır edən... müxalif cəbhədaşları oxuyub qiymət versin... Sonra isə aidiyyəti dövlət qurumları, eləcə də AMEA prezidenti, çox hörmətli akademik İsa Həbibbəyli hüquqi qiymət versin.
Bu da institut direktoru Kərim Şükürovun refaksiyaya göndərdiyi məktubu: "Azərbaycan jurnalsitikasını 1937-ci il ənənəsinə sürüküləyən (Əliyevşünaslıq şöbəsinə qarşı təxribat və s.) Asif və Elçinlər. Fəxr edə bilərsiniz...Amma unutmusunuz ki, indi 1937-ci il deyil. Azərbaycan da yeni, qalib Azərbaycandır. Kərim Şükürov da Azərbaycanda ilk dəfə Vətən müharibəsinin tarixinə dair 8 dilə çevrilmiş kitabın həm müəlliflərindən biri, həm də elmi redaktorudur. Bir əməkdaşın dili ilə 250-dək əməkdaşın çalışdığı instituta rəhbərlik edən Kərim Şükürova qarşı apardığınız kampaniyanız tam fiaskoya uğradı, tarixin zibilliyinə atıldınız. Süni reytinq üçün insanların mövqeyini, ailəsini, dostlarını nəzərə almadan bü cür alçaq kampaniyanın təşkili sizin jurnalist vicdanınızın, əgər varsa, çirkab içində olduğunun göstəricisidir. Biləsiniz, sizin bu alçaq kampaniyanıza qarşı Azərbaycan tarixinə dair yeni tədqiqatlar, Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq 15-dək gənc alim üçün Qafqaz Albaniyasının dilinin öyrənilməsinin təşkili ilə, dünya miqyaslı konfranslar ilə cavab verəcəyəm. Onlar yaşayacaq, sizin kimilər tərəfindən təşkil edilən kampaniyalar isə anti-jurnalistika kimi sizi lənətləyəcəkdir. Hələ sizə belə müraciətlərim çox olacaq Asif və Elçinlər... 20 янв. 2024 г. в 15:40, Kerim Shukurov <[email protected]>:".
Xatırladırıq ki, vəzifəli şəxs olaraq Kərim Şükürovun bütün bu hərəkətləri jurnalistləri peşə fəaliyyətindən imtinaya birbaşa məcbur etmədir. Onun təhqir və təhdidləri də buna hesablanıb. Bu barədə AMEA prezidenti cənab İ.Həbibbəyliyə və Baş Prokuror cənab Kamran Əliyevə şikayət hazırlanıb, iş günündə təqdim ediləcək.
SONDA: Kərim Şükürov ortabab tarixçi alim ola bilər, amma o, əvvəlcə yaxşıdan- yaxşı rəhbər işçi, yaxşı adam... olmalı və vəzifəli şəxs olaraq məsuliyyətini dərk etməlidir. Belə görürük ki, o, Azərbaycanın prosessual qanunvericiliyindən də xəbərsizdir. Odur ki, Azərbaycan Cinayət Məcəlləsinin 163- cü maddəsini yadına salırıq:
"Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma:
163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etməb— beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[338]
163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır."
(Davamı var)
"Təzadlar"ın Araşdırma Qrupu
Redaksiyadan: Yazıda adı çəkilən tərəflərin mövqeyini dərc edə bilərik