Bir avro maaş alacaq

Bir avro maaş alacaq
 

İvan Perişiçin “Hayduk”dakı maaşı məlum olub. 

34 yaşlı yarımmüdafiəçi icarə əsasında “Tottenhem”dən Xorvatiya klubuna keçib.

“İndex” yazıb ki, İvan Perişiçin maaşı ayda 1 avro olacaq. Maraqlıdır ki, “Hayduk”un digər məşhur futbolçusu Nikola Kaliniç də eyni məbləği alır.

Qeyd edək ki, İvan Perişiç sağ dizinin ön çarpaz bağından zədələndiyi üçün bu mövsüm oynamayacaq. Yayda yarımmüdafiəçi azad agent kimi “Tottenhem”dən ayrılacaq və “Hayduk”la 1 illik müqavilə imzalayacaq.

 

0.0186448097229