Çempionlar Liqasını kim qazanacaq? - Ronaldu favoritini açıqladı

Çempionlar Liqasını kim qazanacaq? - Ronaldu favoritini açıqladı
 

“Əl-Nəsr”ın hücumçusu Kriştianu Ronaldu 2023/24 mövsümündə Çempionlar Liqasının qalibi olmaq üçün favoritlərinin adını çəkib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz forvard "Globe Soccer Awards" mərasimindəki açıqlamasında ən şanslı bildiyi komandaların adlarını deyib:

“Mançester Siti" yenidən Çempionlar Liqasını qazanmağa şanslıdır. Favoritlərim? "Mançester Siti", "Real Madrid", "Bayern Münhen".

Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” “Kopenhagen”lə, “Real Madrid” “Leypsiq”lə, “Bayern” isə “Latsio” ilə qarşılaşacaq.

İlk oyunlar fevralın 13-14-də baş tutacaq.

 

0.019331216812134