Bu idmançı və məşqçilər mükafatlandırılacaqlar

Bu idmançı və məşqçilər mükafatlandırılacaqlar
 

Olimpiya ilə yanaşı, paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılacaq.

Paralel.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” Azərbaycan Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Qərarla paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılanlar siyahısına əlavə olunub.

Mükafat məbləğlərinin cədvəlini təqdim edirik:

 

0.015026092529297