Maaşdan nə qədər icbari tibbi sığorta və işsizlik sığortası tutulur?

Maaşdan nə qədər icbari tibbi sığorta və işsizlik sığortası tutulur?
 

Valyuta.az maaşdan tutulan icbari tibbi sığorta və işsizlik sığortası haqqında vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir:

“Əmək haqqıdan qanunvericiliyin tələbinə uyğun olaraq 0.5% işsizlikdən sığorta haqqı tutulur. Məsələn, işçi 500 manat maaş alırsa bunun 2.50 manatı işsizlikdən sığorta haqqı kimi tutulur. İcbari tibbi sığortadan isə qanunvericiliyə əsasən əmək haqqının 8000 ( səkkiz min) manata qədər olarsa, əmək haqqının 2% həcmində icbari tibbi sığorta haqqı tutulur. Əmək haqqının 8000 (səkkiz min) manatdan yuxarı olan hissəsindən isə 0.5% icbari tibbi sığorta haqqı tutulur”.

 

0.015695810317993