Futbolda ən çox nifrət edilən şəxslər: Ronaldo, Şumaxer...

Futbolda ən çox nifrət edilən şəxslər: Ronaldo, Şumaxer...
 

"FourFourTwo" nəşri dünya futbolunda ən çox nifrət edilən insanların siyahısını təqdim edib.

BAKU.WS-in xəbərinə görə, siyahıya "Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Coi Barton başçılıq edir.

Məqalədə onun həm meydanda, həm də meydandan kənarda çoxsaylı zorakılıq hərəkətləri etdiyi bildirilir.

İkinci yeri Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter tutub. Bildirilir ki, onun rəhbərliyi altında qurumda ən böyük korrupsiya qalmaqalı baş verib.

İlk üçlüyü Almaniya millisinin sabiq qapıçısı Xarald Şumaxer tamamlayıb.

Sözügedən siyahıda Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo da yer alıb. Hücumçu yeddinci yeri tutub.

Səkkizinci yerdə "Barselona"nın və "Atletiko Madrid"in keçmiş uruqvaylı hücumçusu, hazırda Amerikanın "İnter Mayami" klubunda çıxış edən Luis Suares qərarlaşıb.

İlk 10-luğu portuqaliyalı məşqçi Joze Mourniho tamamlayıb. Onun sonuncu iş yeri yanvarın 16-da qovulduğu İtaliyanın "Roma"sı olub. 

 

0.014755964279175