TƏBİB-in sədrinin göndəriş monopoliyası xəstələri narazı salır..
Vüqar Qurbanov vəzifəyə gətiriləndən sonra TƏBİB-dən əhalinin narazılığı həndəsi silsilə ilə artır
Vüqar Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru təyin edildikdən sonra səhiyyə sahəsində narazılıq güclənib.
Bu barədə poçtumuza daxil olan şikayətlərdə, məlumatda bildirilir ki, TƏBİB sədri vəzifəsindən sui-istifadə edərək, heç nədən çəkinmədən səhiyyə sahəsində rüşvətxorluğu gücləndirib, səhiyyə sahəsini bazara çevirib və hətta monopoliya yaradıb.
Əldə etdiyimiz məlumata görə, sığorta hesabına müayinə olunan xəstələr, göstərişə əsasən, TƏBİB tərəfindən məqsədli şəkildə "Yeni Klinika" yönəldir. Bu da monopoliyadır. Vüqar Qurbanov tərəfindən xəstəxanalara göndərilən daxili əmrdə bildirilir ki, müayinə və müalicə üçün xəstələr yalnız "Yeni Klinika" ya göndərilməldir.
Xəstələrin deyinə görə, TƏBİB sədri səhiyyə orqanlarına göndərdiyi daxili təlimatda sığorta xətti ilə həkimə müraciət edən xəstələrin özəl klinikalara göndərilməsi qadağan edib.
TƏBİB-in icraçı direktorunun bu əmri özəl klinikalar tərəfindən ciddi narazılıqla qarşılanır.
Vüqar Qurbanovun xəstələri məcburi şəkildə "Yeni Klinika" yönləndirməsi dövlət büdcəsindən vətəndaşların tibbi sığortası üçün ayrılan vəsaitlərin bir əldə cəmləşməsi bu vəsaitin asan mənimsənilməsinə ciddi şübhələr yaradır.
Bütün xəstələrin "Yeni Klinika"ya göndərilməsi adı çəkilən tibb müəsissəsində böyük növbə yaradır. Artıq bir çox xəstələr günlərlə növbə gözləməkdən bezərək, narazılıqlarını sosial şəbəkələrdə yazırlar.
Əldə etdiyimiz başqa bir məlumatda bildirilir ki, Vüqar Qurbanovun xəstələrin məcburi "Yeni Klinika"ya göndərilməsi adı çəkilən tibb müəsissəsinin direktoru Barat Yusubova xeyıi qazanc verir. "Yeni Klinika"da xəstə növbəsinin çoxluğundan istifadə edən Barat Yusubov onların bir hissəsini özünə məxsus olan EGE Hospitala xəstəxanasına göndərir.
Bax belə, dövlətin vətəndaşın sağlamlağı üçün ayırdığı sığorta pulunun yuxarıda qeyd etdiyimiz dolayı yollarla bir hissəsi Vüqar Qurbanovun, digər hissəsi isə Barat Yusubov cibinə gedir.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev daim çıxışlarında vətəndaşların sağlamlığı keşiyində dayandıqlarını və onların rahatlığı üçün lazım olan bütün addımları atdıqlarından danışır. Zaur Əliyevin dediyindən belə çıxır ki, sığorta ilə müalicə olunmağa gələn xəstələrin hamısının bir özəl klinikaya - "Yeni Klinika"ya cəlb edilməsi qəti monopoliya deyil, ən keyfiyyətli müalicə üsuludur?!..
Ancaq TƏBİB sədri Vüqar Qurbanovla "Yeni Klinika"nın direktoru Barat Yusubov vəzifədən sui-istifadə edərək, vətəndaşları öz maddi maraqlarının qurbanına çevirirlər. Beləliklə, onlar bütün xəstələri bir tibb müəsissəsinə göndərməklə Zaur Əliyevin dediklərinin yalan olduğu tam üzə çıxır.
Görünür, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru, TƏBİB sədri Vüqar Qurbanovun göndəriş monopoliyası ilə ya əlbirdir, ya da xəbərsizdir. Amma xəbərsiz olması da mümkün deyil...
Bundan başqa səhiyyəçilər arasında yayılan məlumatlarda iddia edilir ki, hazırda TƏBİB sədrinin ən yaxın adamlarından biri də 5 saylı şəhər kliniki xəstəxanasının baş həkimi Fazil Alməmmədovdur. Tibb müəssələrinə direktor, baş həkim və digər vəzifəyə təyin olunmaq istəyən şəxslərin məhz Fazil Alməmmədov aracılığı ilə Vüqar Qurbanovla görüşə bildiyi deyilir.
Xəstəxanaların direktoru vəzifəsinin qiymətinin 200-300 min manat arasında dəyişdiyi bildirilir. Hətta Bakı şəhərində istənilən xəstəxanaya həkim təyin olunmaq istəyən şəxslərdən 20-30 min manat rüşvət tələb olduğu etiraf olunur.
Bundan əlavə, xəstəxanaya xadimə, sanitar kimi işə götürülən şəxslərin hər birindən 2000-3000 min manat rüşvət alındığı iddia olunur.
Mövzu il bağlı araşdırmalarımız davam edir.