Azərbaycanda ABŞ-nin tibb şirkəti ləğv olundu

Azərbaycanda ABŞ-nin tibb şirkəti ləğv olundu
 

ABŞ mərkəzli tibb şirkəti Azərbaycan bazarından gedir.

“GE Healthcare International LLC” şirkətinin Azərbaycan filialı ləğv olunur.

Sözügedən şirkətin yerli filialı 25.12.2018 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi İlya Kuznetsovdur. Tibbi texnologiya şirkəti olan “GE Healthcare” ABŞ, Çikaqo mərkəzlidir. 

Şirkətin kreditorları iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.

Könül
Ölkə.Az

 

 

0.024164915084839