2,3 milyon avro qiyməti olan hücumçu “Neftçi”yə keçir?

2,3 milyon avro qiyməti olan hücumçu “Neftçi”yə keçir?
 

Rumıniyanın “Styaua” (Buxarest) klubunun hücumçusu Andrea Kompanyonun karyerasını Azərbaycanda davam etdirmə ehtimalı var.

Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Belə ki, italiyalı forvardın xidmətində “Neftçi” maraqlıdır. Buxarest təmsilçisinin prezidenti Cici Bekali Kompanyo üçün 400 min avroluq təklif aldığını və futbolçunu satmağa hazır olduğunu bildirib. Yerli media təklif göndərən klubun “Neftçi”  olduğunu iddia edir.

Qeyd edək ki, “Styaua” Andrea Kompanyonu 2022-ci ilin yayında “Universitatya Krayova”  klubundan transfer edib. Onun dəyəri 2,3 milyon avro olaraq qiymətləndirilib.

 

0.024253129959106