17 yaşlı Nihatın görüntüləri: ilk dəfədir, görürəm ki… - VİDEO

17 yaşlı Nihatın görüntüləri: ilk dəfədir, görürəm ki… - VİDEO
 

"Sumqayıt" klubunun 17 yaşlı futbolçusu Nihat Əhmədzadənin görüntüləri maraq doğurub.

Yeniyetmənin aldadıcı hərəkətləri və topla rəftarı sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Yüzlərlə insan N.Əhmədzadənin videosunu bəyənib. Rəy bölməsində belə bir futbolçunun Azərbaycanda olmasına görə sevincini ifadə ediblər.

Onlar arasında “İlk dəfədir, bizim ölkədə belə bir driblinq edən oyunçu görürəm. Əsl Avropalıq oyunçudur”, “Kaş öz üzərində qətiyyətlə işləməyə davam edə”, “Allah ulduz xəstəliyindən qorusun. İnkişaf etməsi üçün yaxşı menecer lazımdır” kimi fikirlər bildirənlər də olub.

 

0.023192167282104