BMT sülhməramlıları bu ölkəni tərk edir

BMT sülhməramlıları bu ölkəni tərk edir
 

BMT sülhməramlılarının Konqo Demokratik Respublikasından (KDR) çıxarılmasına başlanılıb.

 Bunu Konqonun xarici işlər naziri Kristof Lutundula Apala deyib.

Onun sözlərinə görə, prosesin cari ilin sonuna kimi yekunlaşacağı gözlənilir.

BMT sülhməramlıları 16 ölkəni birləşdirən Cənubi Afrika İnkişaf Birliyinin döyüş bölmələri ilə əvəz olunacaq.

Artıq Cənubi Afrika və Tanzaniyadan olan qabaqcıl hərbi mütəxəssislər qrupları ölkənin şərqinə yerləşdirilib. Yeni bölmələr hökumət qüvvələri ilə birlikdə Konqo ərazisində üsyançılarla döyüşlərdə iştirak edəcək.

 

0.014532089233398