Azərbaycanın gənc könüllüləri seçiciləri maarifləndirəcək 

Azərbaycanın gənc könüllüləri seçiciləri maarifləndirəcək 
 

Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Könüllülərinin “Seçki Könüllüləri” qrupu formalaşdırılıb.

Qrupun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

MSK-nın nümayəndələri "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, onların hüquq və vəzifələri” mövzusunda qrup liderləri üçün təlim həyata keçirib, gənc seçicilərdə seçki proseduru və səsverməyə hazırlıqla bağlı yarana biləcək suallar ətrafında müzakirələr aparıblar.

Qeyd edək ki, yaxın günlərdə “Seçki Könüllüləri” qrupu yerlərdə fəaliyyətə başlayacaq.

Aydan Hüseynova, gənc könüllü

0.01307201385498