İllərdir küsülü idilər, barışdılar

İllərdir küsülü idilər, barışdılar
 

"Avroviziya" qalibi Nigar Camal və rejissor Nail Naiboğlu barışıb. 

Axşam.az xəbər verir ki, 4 il əvvəl küsən ifaçı və rejissor hazırda yenidən işbirliyi qurublar. 

"4 il əvvəl Nigarla Aygün Bəylərin duetinə mən klip çəkməli idim, hər şey hazırlanmışdı. Son anda Nigar başqa bir rejissorla işlədi. Mən də Nigara dediyim ideyada və həmin məkanlarda Elnarə Xəlilovaya klip çəkdim. bu, normal haldır. Nigara klip çəkən rejissor isə öz reklamı üçün yalandan açıqlama yaydı ki, Nail bizdən oğurluq edib. Nigarın xətrinə susdum, danışmadım. O vaxtdan küsülüyük. Bizi Nigarla dostumuz Vəfa İsazadə barışdırdı. Danışdıq, anlaşılmazlıq aradan qalxdı. İndi yeni bir klip çəkilişinə başlamışıq" deyə, Nail bildirib.

Qeyd edək ki, onların küsülülüyünə səbəb "Nəfəsim, qəlbim" mahnısına çəkilən klip olub.

 

0.44310092926025