"Hünərləri varsa, gəlsinlər"

 

"Şəbnəmi 20 ilə yaxındır tanıyıram. Əslində o, yaxşı ifaçılardan biridir. Yaxşı oxuyandır, o birilərlə bir tutmayaq".

"Axşam.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Tarixin bir günü" proqramında deyib. O, hazırda gündəmdə olan bəzi ifaçılara səslənib.

"O ki qaldı çıxıb sənətdən və ya böyük-böyük danışmaq... Hər birini bura canlı oxumağa dəvət edirəm. Onları müşayiət edəcəyəm. Hünərləri varsa, gəlsinlər oxusunlar. Gəlin, Tofiq Quliyevdən, Rauf Hacıyevdən, Aygün Səmədzadədən oxuyun. Amma sizin oxuduğunuz o mahnılar yox" deyə, Hüseyn, bildirib.

 

0.013405084609985